AZAL I Divizion klubunu son dəqiqə qolu ilə məğlub etdi

11:36 - 3 Sentyabr 2015

Yoxlama matçı

 

Ötən gün AZAL daha bir yoxlama matçı keçirib.

 

Sportal.az xəbər verir ki, "AZAL Arena"da I Divizion təmsilçisi "Şahdağ"ı qəbul edən "təyyarəçilər" 90+4-cü dəqiqədə vurduğu qolla rəqibini məğlub edib.

 

Qeyd edək ki, AZAL bundan öncə keçirdiyi yoxlama matçında "Şərurspor"u 4:0 hesabı ilə məğlub edib.

Xəbər xətti