AZAL gürcü futbolçunu transfer edir

18:13 - 3 Sentyabr 2015

Quruli ilə müqavilə imzalanacaq
 
AZAL heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu gürcü futbolçu Aleksandr Quruli ilə maraqlanır. "Təyyarəçilər" artıq onu ölkəmizə dəvət edib. 30 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Gürcüstanın U-21 və əsas yığma komandalarında da oynamış Qurulinin son klubu "Samtrediya" olub. 

Xəbər xətti