"Kəpəz" - "Şəmkir" matçında 5 qol

10:49 - 4 Sentyabr 2015

Yoxlama matçı

 

Yevlaxda reallaşan təlim-məşq toplanışı çərçivəsində “Kəpəz” yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “Sarı-göylər” birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşıb. Yevlax şəhər stadionunda baş tutan görüşdə yerli və Gəncədən gəlmiş azarkeşlər komandaya dəstək verib.

 

Aşağı liqa klubu ilə matçda “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bütün futbolçulara oynamaq şansı verib. Hesaba gəlincə, oyunun gedişində 2 top fərqi ilə geri düşən gəncəlilər əzmkar qələbə qazanıblar. Fasiləyə kimi Oleksandr Sytnik hesab arasındakı fərqi azaldıb. İkinci hissənin əvvəlində ukraynalı hücumçu daha bir qol vuraraq qarşılaşmada bərabərliyi təmin edib. Sona az qalmış isə "Kəpəz" qələbə topunu rəqib qapısından keçirib. 11 metrlik cərimə zərbəsini Tural Axundov dəqiq yerinə yetirib -3:2.

 

Xəbər xətti