"Biz nəyə qadir olduğumuzu göstərməliyik"

20:00 - 4 Sentyabr 2015

“Malta ilə oyunda qələbə qazanmağa çalışacağıq"
 
 
AÇ-2016-nın seçmə mərhələsində millimiz növbəti oyununu səfərdə Maltaya qarşı keçirəcək.
 
Sportal.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Məhəmməd Mirzəbəyov oyun öncəsi fikirlərini açıqlayıb:
 
"Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əsas öz gücümüzə inanmaq və baş məşqçinin bütün tələblərini yerinə yetirməkdir. Özünə inanmasan, nəyə nail ola bilərsən ki? Səfərdə oynasaq da, biz nəyə qadir olduğumuzugöstərməliyik. Xorvatiya ilə oyunda xarakter göstərdik. Malta ilə oyunda da xarakter nümayiş etdirməyə və qələbə qazanmağa çalışacağıq". (azerisport.az)

Xəbər xətti