"Kəpəz" "Turan Tovuz"a məğlub oldu

14:49 - 5 Sentyabr 2015

Qarşılaşmada 5 qol
 
“Kəpəz”in əvəzedici komandası Avro-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində ikinci yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Azər Məmmədovun yetirmələri birinci divizion klubu olan “Turan Tovuz”la qarşılaşıb. Tovuzda keçirilən oyun yerli komandanın 3:2 hesablı qələbəsi ilə nəticələnib.
 
Xatırladaq ki, “Kəpəz”in əvəzedici heyəti bundan öncə birinci divizionun digər təmsilçisi “Şəmkir”lə üz-üzə gəlmişdi. Həmin oyun 2:2 hesablı bərabərliklə nəticələnmişdi.

Xəbər xətti