"Zirə" bu gün yoxlama oyunu keçirəcək

17:07 - 5 Sentyabr 2015

Rəqib I Divizion təmsilçisidir
 
Azərbaycan Premyer Liqasının debütantı "Zirə" çempionatda yaranan  fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirəcək.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, debütant I divizion təmsilçisi "Bakı"nı sınağa çəkəcək. Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.
 
 
 

Xəbər xətti