"Rəvan" Gürcüstan klubunu darmadağın etdi

16:33 - 6 Sentyabr 2015

Yoxlama matçı

 

AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan "Rəvan” PFK bu gün Bakıya dönür. "Aslanlar” dünən hazırlıq dönəmində son yoxlama oyununa çıxıblar.

 

Sportal.az xəbər verir ki, Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.

 

Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.

 

Qeyd edək ki, “Rəvan” PFK ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı təmsilçisinə qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.

Xəbər xətti