AÇ-2016: Latviya – Çexiya 1:2 VİDEO

02:30 - 7 Sentyabr 2015

Bu qələbə çexləri final mərhələsinə daşıdı  
 
AÇ-2016-nın seçmə qrup mərhələsində növbəti turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, A qrupunda Latviya millisi doğma divarlar arxasında Çexiyanı qəbul edib.
 
Limberski və Daridanın vurduğu qolları sayəsində çexlər fasiləyə üstün yollanıblar. İkinci hissədə meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxa bilib. Latviya üzərində qazanılan 2:1 hesablı qələbə çexlərin finala vəsiqə qazanmasına bəs edib.      
 
 
Latviya – Çexiya  1:2
Qollar:
Artur Zyuzin, 73 – David Limberski, 13, Vladimir Darida, 25  

 

Xəbər xətti