Sportal.az-ın daha bir xəbəri təsdiqləndi: Braziliyalı futbolçu rəsmən "Zirə"də FOTO

17:29 - 8 Sentyabr 2015

2 illik müqavilə

 

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Eduardo da Konseysao Masiel karyerasını "Zirə"də davam etdirəcək. Azad agent kimi “Zirə”yə keçən Edu ilə 2 illik müqavilə imzalanıb.

 

Vətənində “Alaqona” klubunda karyerasına başlayan 28 yaşlı yarımmüdafiəçi “Korintians” və “Botafoqo” klublarında da forma geyinib. Edunun zəngin legioner həyatı da var. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. Ötən mövsüm o ölkəmizdə AZAL-ın heyətində yer alıb.

 

Qeyd edək ki, bu barədə ilk xəbəri Sportal.az yazıb. http://sportal.az/?goal=news&id=61634

 

Xəbər xətti