"Kəpəz"də AZAL-la matç öncəsi yeganə problem

00:24 - 10 Sentyabr 2015

Komanda hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın 4-cü turunda sentyabrın 12-də "Kəpəz" doğma şəhərdə AZAL-ı qəbul edəcək.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, komandada yeganə itki Kərim Diniyevin zədəli olmasıdır. Futbolçunun bu oyunda iştirak edib-etməməsi oyun günü məlum olacaq. Digər zədəli Dario Silva isə zədəsini tam sağaldıb, baş məşqçinin şans verəcəyi təqdirdə bu matçda meydanda olacaq.

Xəbər xətti