Özbəkistanlı futbolçu rəsmən "Rəvan"da FOTO

14:59 - 10 Sentyabr 2015

1,5 illik müqavilə

 

“Rəvan” PFK daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Paytaxt klubu bir həftə baxışda olan özbəkistanlı Alibobo Raxmatullayevlə müqavilə bağlamağı məqsədəuyğun sayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azad agent statusu daşıyan 24 yaşlı yarımmüdafiəçi 1,5 illik sözləşməyə imza atıb.

 

Qeyd edək ki, Özbəkistan millisinin heyətindən 1 oyun keçirən A.Raxmatullayev “Rəvan”da 10 nömrəli forma ilə çıxış edəcək.

 

Xəbər xətti