AZAL-ın məşqçisi: "Aşkar autsayder deyilik"

18:51 - 12 Sentyabr 2015

"Düşünürəm ki, nəticə oyuna görə olmadı"
 
Bu gün Premyer Liqanın 4-cü turunda AZAL səfərdə "Kəpəz"ə 1:0 hesabı ilə məğlub oldu.

Sportal.az xəbər verir ki, "təyyarəçilər"in məşqçisi Vadar Nuriyev məğlubiyyətə belə şərh verib.
 
"Oyuna yaxşı hazırlaşmışdıq. Gəncədə qalib gəlmək istəyirdik, amma alınmadı. Düşünürəm ki, nəticə oyuna görə olmadı. Futbolçulardan razıyıq. Sadəcə, təcrübəsizlik var. Bunu aradan qaldırmaq lazımdır. Komanda geridə qalan 4 oyunda qələbə qazanmasa da, biz aşkar autsayder deyilik".

Xəbər xətti