Adil Şükürov: "Çatışmazlıqlarımız var ki..."

21:33 - 13 Sentyabr 2015

"Əsas məsələ odur ki, irəliləyiş var"
 
Bu gün Premyer Liqanın 4-cü turunda "Sumqayıt" doğma meydanda "Zirə" ilə qolsuz heç-heçə edib.

Sportal.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Adil Şükürov oyuna belə şərh verib:
 
"Bizim üçün ağır bir oyun oldu. Heyəti təzə yığmışıq. Turdan tura təcrübəmiz artır. Futbolçularım daha çox qol epizodları yarada bilirlər. Artıq müdafiədən hücuma yaxşı çıxırıq. Çatışmazlıqlarımız var ki, onlar üzərində işləyəcəyik. Əsas məsələ odur ki, irəliləyiş var".

Xəbər xətti