Sportal.az-ın daha bir xəbəri təsdiqləndi: Souza rəsmən "Zirə"də FOTO

15:24 - 17 Sentyabr 2015

1 illik müqavilə

 

Azərbaycan Premyer Liqasında ilk 4 turdan sonra 6 xalla 5-ci sırada qərarlaşan “Zirə” daha bir futbolçu ilə güclənib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Dieqo de Souza Qonçalves Qusmao “qartallar”ın sırasına qoşulub. Dieqo komandamızla bir illik müqaviləyə imza atıb.

 

Karyerası əsasən vətəni ilə bağlı olan Dieqo Souza azərbaycanlı futbolsevərlərə də çox tanışdır. Belə ki, yarımmüdafiəçi bir müddət “Xəzər Lənkəran”ın heyətində özünü ən yaxşı tərəfdən göstərib.

 

Qeyd edək ki, Souzanın transferi barədə ilk xəbəri Sportal.az yaymışdıhttp://sportal.az/?goal=news&id=62474

 

Xəbər xətti