"Kəpəz" Nizami məqbərəsini ziyarət etdi FOTO

00:13 - 20 Sentyabr 2015

Futbolçulara şair haqda məlumat verilib
 
"Kəpəz” PFK-nın futbolçu heyəti və məşqçilər korpusu Gəncədə dahi şeyx Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Sportal.az xəbər verir ki, ulu şeyxin uyuduğu məqbərə ilə yaxından tanış olan qonaqlara bələdçilər tərəfindən tarixi-memarlıq abidəsi haqda məlumat verilib.Eyni zamanda dünyəvi şairin həyat və yaradıcılığından söhbət açılıb. Sonda ziyarətçilər Nizami Gəncəvinin ruhuna dualar oxuyub, türbə önündə xatirə şəkli çəkdiriblər.
 

Xəbər xətti