Di Mariya: "Real Madrid"ə qol vursam..."

14:58 - 22 Sentyabr 2015

"Bilirdim ki, "Real Madrid"lə eyni qrupa düşəcəyik"

 

PSJ-nin futbolçusu Anxel Di Mariya Fransa mətbuatına açıqlamalar verib.

 

Sportal.az sizə həmin açıqlamaları təqdim edir:

 

"Parisə gələcəyim dəqiqləşəndə həyat yoldaşıma ÇL-da "Real"la eyni qrupa düşəcəyimizi söylədim. Məni Madriddə azarkeşlərin necə qarşılayacağını bilmirəm. Ancaq mən "Real"la Çempionlar Liqasını və digər titullar qazanmışam. "Bernabeu"ya yenidən dönməyim xüsusi hissdir. Əgər "Real"a qol vursam, bunu qeyd etməyəcəm".

 

Qeyd edək ki, 2010-cu ildə "Benfika"dan Madrid "Real"ına transfer olunan Anxel Di Mariya 188 matçda 36 qol vurub və 87 məhsuldar ötürmə edib.

Xəbər xətti