"Xəzər Lənkəran"la matç öncəsi 3 ciddi itki

17:28 - 24 Sentyabr 2015

2 zədəli, 1 cəzalı
 
Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq “Zirə” hazırlıqlarını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, “qartallar”ın heyətində ciddi itkilər var. Zədə səbəbindən ötən tur da meydana çıxmayan hücumçu Nurlan Novruzov və yarımmüdafiəçi Nicat Qurbanov cənublularla oyunda da komandasına kömək edə bilməyəcək. “Rəvan”la son oyunda qırmızı vərəqə alan nigeriyalı müdafiəçi Çimezi Mbah da cəza səbəbindən bu görüşü buraxacaq.

Xəbər xətti