"Zirə"nin baş məşqçisi: "Biz tarixi olan komandaya qarşı oynadıq"

23:50 - 27 Sentyabr 2015

"Buna görə çox sevinirik"
 
Azərbaycan Premyer Liqasının VI turuna bu gün keçirilən “Xəzər Lənkəran” – “Zirə” oyunu ilə yekun vuruldu. Qarşılaşma “Zirə”nin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.
 
Sportal.az xəbər verir ki, Zirə təmsilçisinin baş məşqçisi Adil Şükürov qarşılaşmaya belə şərh verib:
 
"Komandamız bu gün əzmkar mübarizə apardı. Biz tarixi olan komandaya qarşı oynadıq. Buna baxmayaraq, qol epizodları yaratdıq və sonda qol vura bildik. Buna görə çox sevinirik. Rəqibə isə gələcək oyunlarda uğurlar arzu edirəm”. 

Xəbər xətti