"Rəvan"ın "Spartak"la oyunu estoniyalı hakimlərə tapşırıldı

11:22 - 28 Sentyabr 2015

Sentyabrın 30-u keçiriləcək

 

UEFA Gənclər Liqasının ilk qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, ölkəmizi yarışda təmsil edən “Rəvan”ın U-19  komandası Moskvada Rusiya “Spartak”ı ilə qarşılaşacaq. Sentyabrın 30-u keçiriləcək matçı estoniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Eyko Saar olacaq. Ona həmyerliləri Silver Kiov və Aron Halsinq kömək edəcək. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Turbin yerinə yetirəcək

Xəbər xətti