"Spartak" "Rəvan"ı darmadağın etdi

18:55 - 30 Sentyabr 2015

Qarşılaşmada 4 qol
 
"Rəvan" bu gün UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, "aslanlar"ın son Azərbaycan çempionu olan U-19 komandası Moskva "Spartak"ı ilə üz-üzə gəlib. "Spartak" "Rəvan"ı doğma meydanda 4:0 hesabı ilə məğlub edərək cavab matçına sərfəli nəticə ilə gələcək.
 
UEFA Gənclər Liqası
"Spartak" (Moskva) - "Rəvan" (Azərbaycan) 4:0 
Qollar: V.Panteleyev, 53.70, G.Melkadze, 61. Z.Bakayev, 81 

Xəbər xətti