Tərlan Əhmədov: "Bu durum həm bizə, həm də oyunçulara problem yaradır"

21:20 - 2 Oktyabr 2015

"Neçə aydır ki, maaş verə bilmirik"
 
Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunun ilk matçında AZAL doğma meydanda "Rəvan"a 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov qalibiyyət haqda danışıb:
 
"Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı. Hazırda “Rəvan”da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur.
 
Hakim hər epizoda görə sarı vərəqə verdi. Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur".

Xəbər xətti