"Rəvan"ın məşqçisi: "Bizdə bəxt çatmır"

21:05 - 2 Oktyabr 2015

"Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldıraq"
 
Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunun ilk matçında "Rəvan" səfərdə AZAL-a 1:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "Rəvan"ın məşqçisi  Rövşən Babayev məğlubiyyətə belə şərh verib:
 
"Tərlan Əhmədovu təbrik edirəm. AZAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq".
 
Qeyd. “Rəvan”ın baş məşqçisi Emin Quliyev səhhətindəki problemləri əsas gətirərək, mətbuat konfransına qatılmayıb

Xəbər xətti