Avropa çempionatında finalçıların adı məlum oldu

23:59 - 3 Oktyabr 2015

Türkiyə millisi 3-cü yer uğrunda mübarizə aparacaq

 

Qadınlar arasında keçirilən voleybol üzrə 29-cu Avropa çempionatının finalçıları məlum olub.

 

Sportal.az xəbər verir ki, Belçika və Hollandiyada təşkil edilən turnirin finalında yarımfinalda Serbiyanı 3:1 hesabı ilə məğlub etmiş Rusiya və Tükiyəni 3:0 hesabı ilə məğlub etmiş Hollandiya milliləri qarşılaşacaq. Yarımfinalda məğlub olan Serbiya və Türkiyə milliləri isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, final və 3-cü yer uğrunda yarışlar sabah keçiriləcək.

Xəbər xətti