Şahin Diniyev: "Hazırda mənim əlimdə 3 hücumçu var ki..."

19:14 - 4 Oktyabr 2015

"Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi"
 
Premyer Liqanın 7-ci turunda "Kəpəz" doğma meydanda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev qələbəyə belə şərh verib:
 
"Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu  yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq. Düşünürəm ki, ilk qoldan sonra komandam daha yaxşı futbol sərgilədi. Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır. Biz 3 xal qazanmağa layiq futbol sərgilədik. Nəticənin ədalətli olduğunu düşünməklə yanaşı, “Sumqayıt”a da uğurlar arzu edirəm. Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir".

Xəbər xətti