Zlatan İbrahimoviç PSJ-də rekord qırdı

14:33 - 5 Oktyabr 2015

PSJ tarixinin ən çox qol vuran futbolçusu oldu

 

Fransa 1-ci Liqasının 9-cu turunda PSJ-nin "Marsel"i 2:1 hesabı ilə məğlub etdiyi matçda Zlatan İbrahimoviç dubl edib.

 

Sportal.az xəbər verir ki, 41-ci və 44-cü dəqiqələrdə penaltidən fərqlənən İbrahimoviç PSJ-nin heyətində 110-cu qolunu vurub. İbrahimoviç beləcə 109 qol vuran portuqaliyalı futbolçu Pedro Pauletaya aid rekordu qıraraq PSJ tarixinin ən çox qol vuran futbolçusu olub.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç PSJ-də 2012-ci ildən çıxış edir.

Xəbər xətti