AFFA 9 komandaya texniki məğlubiyyət verdi

14:19 - 6 Oktyabr 2015

Komitənin qərarları

 

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağı yaş qruplarında mübarizə aparan komandalar da cəzalanıb:

 

3 oktyabr 2015-ci il U-14 Liqasının “Ağstafa Gəncləri” (Ağstafa) – “Təhsil” (Şəmkir) matçında “Təhsil” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

3 oktyabr 2015-ci il U-14 Liqasının “MKT Araz” (İmişli) – “Azəryol-Bəhramtəpə” (İmişli) matçının 2 – ci dəqiqəsində  “Azəryol-Bəhramtəpə” klubunun 18 №-li futbolçusu Ümüd Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır. “Azəryol-Bəhramtəpə” komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

4 oktyabr 2015-ci il Coca Cola U-13 Liqasının “Uğur” (Ucar) – “Məhsull” (Zərdab) matçında “Uğur” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

3 oktyabr 2015-ci il U-12 Liqasının “Uğur” (Ucar) – “Məhsul” (Zərdab) matçında “Məhsul” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

3 oktyabr 2015-ci il U-12 Liqasının “MKT-Araz” (İmişli) – UGİM (Xocavənd) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

3 oktyabr 2015-ci il U-11 Liqasının UGİM Olimpik (Qusar) – “Qudyalçay” (Xaçmaz) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

4 oktyabr 2015-ci il U-11 Liqasının “Qarabağ” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

4 oktyabr 2015-ci il U-10 Liqasının “Neftçi” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

3 oktyabr 2015-ci il U-10 Liqasının “Uğur” (Ucar) – “Sabirabad” (Sabirabad) matçında “Uğur” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir 

Xəbər xətti