Azərbaycan çempionatında Gürcüstan klubu iştirak edəcək

18:01 - 12 Oktyabr 2015

Avropa çempionatına yeni nəslin yetişməsinə hesablanıb

 

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yenilik gözlənilir.

 

Sportal.az xəbər verir ki, müstəqillik tariximizdə ilk dəfə ölkə çempionatında xarici klub çıxış edəcək.

 

Belə ki, Avro-2017-ni birgə keçirəcəyimiz Gürcüstan klublarından ən güclüsü ölkə çempionatımızda çıxış edə bilər. Bu, qonşu ölkə birinciliyinin aşağı səviyyədə olması və Avropa çempionatına yeni nəslin yetişməsinə hesablanıb.

 

Hazırda 2 ölkənin voleybol federasiyaları arasında danışıqlar gedir. İlkin razılığın əldə olunduğu məsələdə Gürcüstan tərəfi şərtlərimizlə razılaşarsa, Azərbaycan klublarına rəqib olacaq.

 

Əgər bu gerçəkləşərsə, gürcülər çempionatda müsabiqədənkənar iştirak edəcəklər. Yəni Super Liqada çempion olsalar belə, formal medal alacaqlar və Super Liqadan avrokuboka vəsiqə qazana bilməyəcəklər. Hər şeyə isə oktyabrın sonlarında baş tutacaq iclasda aydınlıq gələcək.

 

Qeyd edək ki, bu, ölkə idmanında ilk deyil. Çünki bunadək Azərbaycan çempionatında çıxış edən xarici klublar müsabiqədənkənar mübarizə aparmışdı. Buna otüstü hokkey çempionatında təsadüf olunmuşdu.(Apasport)

Xəbər xətti