"Rəvan"ın futbolçusu qırmızı vərəqə aldı, göz yaşlarına sahib çıxa bilmədi FOTOLAR

02:57 - 17 Oktyabr 2015

Kənan Manafovu üzən anlar

Dünən baş tutan "Rəvan" - "Kəpəz" (0:2) matçında maraqlı bir görüntü diqqətlərdən qaçmayıb.
 
Sportal.az xəbər verir ki, matçın 59-cu dəqiqəsində "Rəvan"ın heyətində qırmızı vərəqə alan gənc futbolçu Kənan Manafov göz yaşlarına sahib çıxa bilmədi. Belə ki, hakimin vərəqə göstərdiyi futbolçu komandasını azlıqda qoyduğu üçün ağlayıb. Bir neçə komanda yoldaşı onu sakitləşdirmək istəsə də, Manafov üzüntüsünü gizlədə bilmədi. 
 

Xəbər xətti