MŞ sədri paltardəyişmə otağına getdi, komandanı təbrik etdi FOTO

13:46 - 17 Oktyabr 2015

Azarkeşlərə də minnətdarlıq edib

 

Azərbaycan Premyer Liqasının VIII turunda "Kəpəz" səfərdə "Rəvan"ı məğlub edib.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər"in 2 – 0 hesabı ilə qalib gəldiyi matçı izləyənlər arasında Gəncə təmsilçisinin Müşahidə Şurasının sədri Elmir Vəliyev də olub.

 

"Kəpəz"in Bakıda keçirilən bütün oyunlarında tribunada yer alan Vəliyev "Bayıl Arena"da komandanı dəstəksiz qoymayıb. Matçdan sonra futbolçuların paltardəyişmə otağına baş çəkən Müşahidə Şurasının sədri komandanın layiq olduğu qələbəni qazandığını deyərək, futbolçuları və məşqçilər korpusunu təbrik edib.

 

Vəliyev havanın soyuq və yağışlı olmasına baxmayaraq, 90 dəqiqə ərzində dayanmadan "Kəpəz"i dəstəkləyən azarkeşlərə də minnətdarlıq edib.

 

Xəbər xətti