Tərlan Əhmədov 50-yə çatdı

13:13 - 19 Oktyabr 2015

11 qələbə, 24 məğlubiyyət

 

Azərbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb.

 

Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun yetirmələri 44 qol vurub, 64-nü buraxıb. 2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidir. 

 

Belə ki, 11-ci mövsümdür Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü - Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.

 

mövsüm

O

Q

H

M

T/F

X

2013/14

10

0

5

5

4-11

5

2014/15

32

10

9

13

37-42

39

2015/16

8

1

1

6

3-11

4

Cəmi

50

11

15

24

44-64

48

Xəbər xətti