"Rəvan" millimizin sabiq üzvünü heyətinə qatdı

21:03 - 19 Oktyabr 2015

Mövsümün sonunadək müqavilə imzalanıb
 
Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu yenidən özünə komanda tapıb.
 
Sportal.az xəbər verir ki, o bundan sonra Premyer Liqada mübarizə aparan "Rəvan"da çıxış edəcək. Müdafiəçi mövsümün sonunadək paytaxt klubunun uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, Yunisoğlu ötən mövsümün əvvəlində elitada çıxış edən "Araz Naxçıvan"ın şərəfini qoruyurdu və iki ilə yaxındır ki, futboldan uzaq düşüb.

Xəbər xətti