Sisse karyerasını bitirdi

15:27 - 20 Oktyabr 2015

Karyerasını başa vurdu

 

Fransa millisinin sabiq futbolçusu Cibril Sisse futbolçu karyerasını bitirdiyi açıqladı.

 

Sportal.az “France Football”a istinadən xəbər verir ki, Sisse bu haqda Fransada kanalların birində qonaq olarkən bildirb və göz yaşlarını saxlaya bilməyib:

 

“Bədənim artıq istirahət etməlidir. Bəli, artıq bitdi. Getmək məcburiyyətindəyəm. Çünki artıq üst səviyyədə futbol oynaya bilmirəm. Həyatımda yeni bir səhifə açmaq məcburiyyətindəyəm”.

 

Qeyd edək ki, Cibril Sisse karyerasında 11 klubun şərəfini qoruyub. O, 2005-ci ildə “Liverpul”la Çempionlar Liqasının qalibi olub. Bundan əlavə Sisse Fransa millisinin formasını 41 dəfə geyinib və 9 qol vurub.

Xəbər xətti