"Rəvan" UEFA Gənclər Liqası ilə vidalaşdı YENİLƏNİB

20:53 - 21 Oktyabr 2015

Cavab oyunu

 

Bu gün UEFA Gənclər Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Rəvan"ın U-19 komandası Moskvanın "Spartak" klubu ilə cavab matçına çıxıb. İlk qarşılaşmada 0 – 4 hesabı ilə məğlub olan "Rəvan" bu matçda yalnız 0:0 hesablı heç-heçəyə razılaşıb. İki oyunun nəticəsinə görə, təmsilçimiz turnirlə vidalaşıb.

 

 

21 oktyabr

19:00. "Rəvan" (Azərbaycan) - "Spartak" (Rusiya) 0:0 
İlk oyun - 0:4
Bakı. "Dalğa Arena" 

Xəbər xətti