Millimizin futbolçusu "Kayzerslautern"ə qarşı

13:18 - 24 Oktyabr 2015

12-ci tur

 

Almaniya II Bundesliqasında 12-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” klubu bu gün “Kayzerslautern” komandasını doğma meydanında qəbul edəcək. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

 

Qeyd edək ki, “Karlsrue” 11 turdan sonra 12 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti