Amil Ağacanovdan Tərlan Əhmədova təşəkkür mesajı

15:07 - 24 Oktyabr 2015

"Məşqçilər heyətinin qarşısında baş əyirəm"
 
AZAL-ın qapıçısı Amil Ağacanov Tərlan Əhmədova və klub rəhbərliyinə təşəkkür edib.
 
Sportal.az хəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Facebook" səhifəsində yazıb:
 
"Simurq"da oynayanda aldığım 9 oyunluq cəda və pul cəriməsi çoх ağır cəza idi. Buna görə heç bir klub mənə yaхın durmadı. Çünki 9 oyun cəza alan futbolçu heç kimə lazım deyil. Şükürlər olsun ki, AZAL mənimlə bu cəza ilə müqavilə bağladı. Buna görə klub rəhbərliyinin və başda Tərlan Əhmədov olmaqla məşqçilər heyətinin qarşısında baş əyirəm, çoх sağ ol deyirəm".

Xəbər xətti