"Kəpəz"də ciddi itki

16:35 - 24 Oktyabr 2015

Əliyev sıradan çıxdı

 

Premyer Liqanın IX turunda hazırda da davam edən "Kəpəz" - "Xəzər Lənkəran" matçında itki baş verib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin heyətində Şəhriyar Əliyev zədələnərək oyunu davam etdirə bilməyib. Əliyevin əvəzinə meydana Azad Kərimov daxil olub.

 

Qeyd edək ki, Şəhriyarın hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.

Xəbər xətti