Rəşad Eyyubov: "Xəzər Lənkəran"a qayıdacağım barədə düşünmürəm"

17:38 - 24 Oktyabr 2015

"Qələbəyə layiq idik"

 

Premyer Liqanın IX turu çərçivəsində "Xəzər Lənkəran" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

 

Oyundan sonra Sportal.az-a açıqlama verən "Kəpəz"in futbolçusu Rəşad Eyyubov bunları qeyd edib:

 

"Qələbəyə layiq idik. Çətin  oyun keçdi. Lakin, sonda qələbə qazana bildik. "Xəzər Lənkəran"da mənə doğma komandadır. Orda dostluq etdiyim bir çox futbolçular da var. "Xəzər Lənkəran" cavan komandadır. Deməzdim ki, zəif çıxış edirlər. Ancaq, heyəti bir az da gücləndirsələr daha da iddialı olacaqlarını düşünürəm. Hazırda, "Kəpəz"in şərəfini qoruyuram. Ona görə də "Xəzər Lənkəran"a geri dönəcəyim barədə heç nə deyə bilmərəm. Bu barədə düşünmürəm".

Xəbər xətti