Nazarov qol vurdu, komandası qələbə qazandı

19:25 - 24 Oktyabr 2015

12-ci tur

 

Almaniya II Bundesliqasında 12-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” klubu bu gün “Kayzerslautern” komandasını doğma meydanında qəbul edib. Sözügedən qarşılaşma “Karlsrue”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov matçın 45-ci dəqiqəsində penaltidən fərqlənərək komandasını fasiləyə üstün yollayıb. “Karlsrue”nin ikinci qolunu isə Qrişa Promel vurub. Matçın 90-cı dəqiqəsində Dimitri Nazarov əvəzlənib.

 

 

Qeyd edək ki, “Karlsrue” 12 turdan sonra 15 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti