"Futbolçuların azlığını bəhanə etmək istəmirəm"

19:53 - 24 Oktyabr 2015

"Rəqibi analiz etmişdik"

 

Topaz Premyer Liqasının IX turunda “İnter” “Rəvan”ı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib:

 

“Hər bir komandanın öz oyun üslübü var. Biz rəqibi yaxşı analiz etmişdik. Sadəcə, oyun taktikamız tez pozuldu. Qapımıza vurulan qolu görə bilmədim. Çünki həmin vaxt Fərid Quliyev zədə almışdı və diqqətim onda idi. Futbolçuların azlığını bəhanə eləmək istəmirəm. Çünki bu mənim iş prinsipimə yaddır. Sadəcə, bildirim ki, işimiz çoxdur, işləməliyik”.

Xəbər xətti