"Zirə" "Qəbələ" ilə matça ciddi itki ilə çıxacaq

00:18 - 25 Oktyabr 2015

İqbekoyi bu matçı buraxmalı olacaq
 
Bu gün Pemyer Liqanın 9-cu turunda "Qəbələ" doğma şəhərdə "Zirə"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, debütant bu matça ciddi itki ilə çıxacaq. Belə ki, komandanın aparıcı futbolçularından sayılan Viktor İqbekoyi mövsümdə 4 sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, qarşılaşma saat 17:00-da start götürəcək.

Xəbər xətti