Vüqar Əsgərov Latviyada daha 4 qol vurdu

14:57 - 25 Oktyabr 2015

24-cü qol

 

Latviyanın 1-ci liqasında XXVIII turun oyunları keçirilib.

 

Sportal.az хəbər verir ki, Vüqar Əsgərovun çıхış etdiyi "1625 Liepaya" "Rezeknes"i 7:0 hesabı ilə məğlub edib. Start heyətində yer alan Vüqar Əsgərov kapitan sarğısını daşıyıb və sonadək meydanda olub. Millimizin sabiq üzvü görüşdə 4 qola imza atıb.

 

Qeyd edək ki, bu onun cari mövsümdə 24-cü qolu olub.

Xəbər xətti