"Komandamı təbrik edirəm"

19:50 - 25 Oktyabr 2015

"Unutmayaq ki, rəqibimiz Avro Liqada mübarizə aparır"

 

Premyer Liqanın 9-cu turu çərçivəsində "Qəbələ" "Zirə"ni qəbul edib. 

 

Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov mətbuat konfransında bu fikirləri səsləndirib:

 

“Qazandığımız xal münasibəti ilə komandanı təbrik edirəm. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamaq həqiqətən çətin idi. Biz bir araya gəlib, gərginliyi aradan qaldırdıq və bu gün həmin işin bəhrəsini gördük. Biz bu gün heyətdə, oyunda dəyişiklik edə bilərdik. Unutmayaq ki, biz avrokubokda mübarizə aparan bir komandaya qarşı oynadıq. Belə bir görüşdə qapının toxunulmazlığını saxlamaq yaxşı haldır”.  

Xəbər xətti