Eddi İsrafilov "Barselona"ya qarşı oyunda "fərqləndi", komandası məğlub oldu

23:19 - 25 Oktyabr 2015

9-cu tur

 

İspaniya La Liqasında 9-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" bu gün növbəti matçını keçirib. Futbolçumuzun komandası "Barselona"nın qonağı olub və 3:1 hesabı ilə məğlub. Eddi İsrafilov 46-cı dəqiqədən meydanda olub və 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

 

Qeyd edək ki, "Eybar" 9 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti