Millimizin sabiq üzvü rəsmən paytaxt klubunda

12:11 - 26 Oktyabr 2015

1 illik müqavilə imzalanıb

 

Mövsümə uğursuz start götürən “Rəvan” heyətini gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi dəyişikliyindən sonra paytaxt klubu Saşa Yunioğlu ilə anlaşıb.

 

Bəhmən Həsənovu komandanın “sükanı arxası”na gətirən rəhbərlik Yunisoğlu ilə danışıqları yekunlaşdırıb və təcrübəli müdafiəçi yeni klubu ilə 1 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, karyerası ərzində "Poloniya”, "Dənizlispor”, "Bakı”, "Qəbələ”, "Neftçi” kimi klubların, eləcə də Azərbaycan yığmasının formasını geyinmiş Saşa Yunisoğlu uzun müddət idi ki, klubsuz idi.

Xəbər xətti