Tərlan Əhmədov: "Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik"

19:31 - 28 Oktyabr 2015

"Buna görə rəqibin aqressiv oynayacağını bilirdik"
 
Premyer Liqamızın 10-cu turunda AZAL səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov heç-heçəni dəyərləndirib:
 
"Həqiqətən də ağır oyun idi. Evdə oynayan “Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə “Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik".

Xəbər xətti