Şahin Diniyev: "Buna məcbur idik"

20:20 - 28 Oktyabr 2015

"Sadəcə, ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq"
 
Premyer Liqanın 10-cu turunda "Kəpəz" səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Şahin Diniyev qarşılaşmaya belə şərh verib:
 
"İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı. Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik. Sadəcə, ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq. Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldır ki, “Kəpəz” 4 oyundur məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq".

Xəbər xətti