"Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq"

21:46 - 28 Oktyabr 2015

Bəhman Həsənov: "Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək"
 
Bu gün Premyer Liqanın 10-cu turunda "Rəvan" səfərdə "Qarabağ"a 1:0 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Bəhman Həsənov məğlubiyyətə belə münasibət bildirib:
 
"Ağır bir oyun oldu. “Qarabağ”ı xırdalamağa ehtiyac yoxdur. Şadam ki, “Qarabağ”a qarşı sona kimi mübarizə apardıq. Bundan sonra qazanacağımız bir qələbə bizi irəli aparacaq. Futbolçularda hazırda özünəinam hissi yoxdur. Futbolçuları çətin vəziyyətdən çıxarmaq üçün zaman lazımdı. Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq. Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək"

Xəbər xətti