Son 4 mövsümün ilk uğursuzu

11:45 - 29 Oktyabr 2015

2 heç-heçə, 8 məğlubiyyət

 

Azərbaycan Premyer Liqasının qələbə qazanmayan yeganə komandası olan “Rəvan”ın startdakı uğursuz seriyası 10-a çatıb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mövsümün arxada qalan 10 oyununda cəmi 2 heç-heçə edib, 8 dəfə uduzan paytaxt təmsilçisi son 4 ildə belə uğursuz start yaşayan ilk komanda olub.

 

Belə ki, Premyer Liqa tarixində mövsümün ilk 10 oyununda qələbə qazanmayan sonuncu komanda 4 il əvvəl eyni halla üzləşmişdi. 2011/12 mövsümündə ilk qələbəsini 11-ci turda qazanan “Sumqayıt” startda 3 heç-heçə edib, 7 dəfə uduzmuşdu. Ümumilikdə isə paytaxt klubu ilk 10 oyunda qalib gəlməyən 19-cu komandadır. “Sumqayıt” və “Rəvan”dan başqa “Şirvan” (Kürdəmir) 1992, “Ümid” (Cəlilabad) 1993, “Kürmük” (Qax) 1993/94, “Xəzər” (Sumqayıt) 1994/95, “Pambıqçı” (Neftçala) 1995/96, “Şəmkir” 1996/97, “Neftqaz” (Bakı) 1998/99, “Şahdağ” (Quba) 2000/01, “Dinamo” (Bakı) 2001/02, “Kəpəz” (Gəncə) 2003/04, “Şəfa” (Bakı) 2004/05, “Göyəzən” (Qazax) 2005/06, “Şahdağ” (Qusar) 2006/07, ABN (Bərdə) 2007/08, “Turan” (Tovuz) 2008/09 və 2010/11, “Standard” (Sumqayıt) 2009/10 mövsümlərində eyni seriya yaşayıb. 

Xəbər xətti