"Qarabağ"a qarşı hücum futbolu oynamaq ağılsızlıq olardı"

12:02 - 29 Oktyabr 2015

"Heyətdə çatışmazlıqlar var"

 

Premyer Liqanın X turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olan "Rəvan" 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən "Rəvan"ın kapitanı Ramazan Abbasov bunları qeyd edib: 

 

"Düzdür, heyətdə çatışmazlıqlar var. Çalışırıq ki, daha yaxşı oyun göstərək. İnanıram ki, irəlidəki matçlarda istəyimiz nəticələri qazana biləcəyik. Yeni baş məşqçinin gəlişindən sonra daha kompakt oynamağa çalışırıq. Təbii ki, məşqçinin də tapşırığı budur. Nəzərə alaq ki, rəqib "Qarabağ" idi. Həm hücumda, həm də müdafiədə yaxşı oyun göstərək kluba qarşı oynamaq asan deyil. "Qarabağ"a qarşı hücum futbolu oynamaq ağılsızlıq olardı".

Xəbər xətti