Subaşiçin komandası növbəti mərhələdə

18:14 - 29 Oktyabr 2015

Penaltilərlə qalib gəldi

 

Serbiya Kubokunda yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "OFK Belqrad" kubokda ilk matçını keçirib. Paytaxt təmsilçisi səfərdə "Metalas"la qarşılaşıb. Əsas və əlavə vaxtı 3:3 hesablı bərabərliklə bitən matçın qalibinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan “OFK Belqrad” qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Branimir Subaşıç bu qarşılaşmada start heyətində meydana çıxsa da, oyunun gedişində əvəzlənib.

Xəbər xətti